Brend nefti yenidən ucuzlaşmağa başlayıb.
FED.az xəbər verir ki, ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin oktyabr müqaviləsinin dəyəri 0,57 % azalaraq 1 barelə görə 39,83 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında sentyabrda ixrac etməklə WTI markalı neftin qiyməti 0,08 % artaraq 37,33 dollar təşkil edib.