FED.az xəbər verir ki, layihənin məqsədi təlimlər və digər xüsusi fəaliyyətlər vasitəsilə bir qrup əlilliyi olan şəxsin bacarıq və səriştələrini inkişaf etdirmək olub. Təlim proqramı əsasən ingilis dili, kompüter və ünsiyyət bacarıqlarının inkişaf etdirilməsinə yönəlib.
Layihənin icrası zamanı BP və tərəfdaşları Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Dövlət Məşğulluq Mərkəzləri ilə sıx əməkdaşlıq edib və öz səylərini biznes təşkilatları və müəssisələri ilə birləşdirərək layihə iştirakçıları üçün təcrübə və məşğulluq imkanlarının araşdırılmasına və müəyyənləşdirilməsinə yönəldib. Bu məqsədlə ötən ilin dekabr ayında təlim proqramını bitirdikdən sonra mövcud ola biləcək imkanları müzakirə etmək üçün layihə iştirakçılarını və təxminən 40 işəgötürən təşkilatı bir yerə toplayan uğurlu əmək yarmarkası təşkil olunub.
Layihənin nəticələri:
- Bu günədək 22 iştirakçı müxtəlif təşkilatlarda və ya özünüməşğulluq vasitəsilə işlə təmin olunub (buraya həmçinin proqramdan əvvəl işi olan şəxslər də daxildir);
- Səkkiz iştirakçı Bakının müxtəlif mehmanxanalarında təcrübə proqramlarında iştirak edib;
- 10 nəfərədək iştirakçı qısamüddətli distant (məsafədən) işlər və məşğulluq üzrə ilkin təkliflər alıb;
- Bundan əlavə, BP seçilmiş layihə iştirakçılarının beynəlxalq iş mühitinə cəlb olunaraq öz yeni bacarıqlarını tətbiq etmələrinə və BP-nin təcrübəli heyətindən təcrübə qazanmalarına imkan yaratmaq üçün xüsusi işə yerləşdirmə proqramı üzərində işləyir.
Layihənin ümumi dəyəri 400000 AZN-dən artıqdır.