Bu ilin yanvar-sentyabr ayları ərzində BP şirkəti 5,239 milyard ABŞ dolları məbləğində xalis mənfəət əldə edib.
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, “bp Global” hesabatına görə, 2020-ci ilin yanvar-sentyabr aylarında isə şirkət 21,663 milyard ABŞ dolları xalis zərərlə başa vurub.
Bu ilin üçüncü rübündə isə Böyük Britaniyanın neft-qaz şirkəti 2,544 milyard ABŞ dolları xalis zərərlə başa vurub. 2020-ci ilin eyni dövründə şirkət 3,116 milyard ABŞ dolları xalis mənfəətlə başa vurmuşdur. I rübdə BP şirkətinin xalis mənfəəti 2,6 milyard ABŞ dolları təşkil edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 3,3 dəfə çoxdur. II rübdə isə şirkətin xalis mənfəəti 3,116 milyard ABŞ dolları təşkil edib ( ötən ilin eyni rübündə xalis zərəri 450 milyon ABŞ dolları olub).
Sentyabrın sonuna şirkətin xalis borcu 31,971 milyard ABŞ dolları olub ki, bu da 2020-ci ilin ötən dövrü ilə müqayisədə 20,8 %, ikinci rübün sonuna olan göstəriciyə nisbətən 2,24 % azdır.
Bu ilin üçüncü rübündə BP-nin əsaslı xərcləri 2,903 milyard ABŞ dolları təşkil edib ki, bu da 2020-ci ilin eyni dövrü ilə müqayisədə 20,2 % azdır. Bu ilin yanvar-sentyabr aylarında BP-nin əsaslı xərcləri 9,215 milyard ABŞ dolları olub ki, bu da 2020-ci ilin eyni dövrün göstəriciləri ilə müqayisədə 12,8 % azdır.