2023-cü ilin üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2395 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
bp-nin Bakı ofisindən Biznes əməliyyatları - HESABATI
FED.az bu barədə bp-nin Bakı ofisinin Biznes əməliyyatları hesabatına istinadən xəbər verir.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
2022-ci ilin üçüncü rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2296 nəfər olmuşdu.
2022-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olmuş və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.