2021-ci ilin üçüncü rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2287 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Eləcə də bax: BP-Azərbaycan-dan Biznes əməliyyatları - HESABATI
FED.az xəbər verir ki, bu, şirkətin 2021-ci üçüncü rübünün yekunları üzrə hesabatında bildirilir.
Qeyd edək ki, 2020-ci ilin üçüncü rübünün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2497 nəfər idi. Beləliklə, 12 ay ərzində bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 210 nəfər azalıb.
2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir. (Marja)