Şəfəq-Asiman üzrə hasilatın pay bölgüsü haqqında sazişin operatoru kimi "BP" elan edir ki, Şəfəq-Asiman üzrə kəşfiyyat qazma layihəsinin Ətraf Mühitə və Sosial-iqtisadi Sahəyə Təsirinin Qiymətləndirilməsi (ƏMSSTQ) sənədinin layihə variantını müzakirə etmək üçün ictimaiyyətlə görüş keçiriləcək.
FED.az xəbər verir ki, BP bütün maraqlı tərəfləri bu görüşdə iştirak etməyə dəvət edir. Görüş aşağıdakı ünvanda və tarixdə keçiriləcək:
Eləcə də bax: Xəzərdə mürəkkəb qurğu quraşdırıldı - FOTOLAR
“HOLIDAY INN” mehmanxanası (Kövkəb Səfərəliyeva
küçəsi 5, Bakı, Azərbaycan, AZ 1010), “Moskva” zalı,
11 sentyabr 2019-cu il
10:00 - 12:00
Görüşdə sənəd haqqında təqdimatlar olacaq və auditoriyanın sualları və şərhləri ətrafında müzakirə keçiriləcək.
5 avqust 2019-cu il tarixindən etibarən ƏMSSTQ sənədinin layihə variantının nüsxələri (və rəy formaları) ictimaiyyətin tanış olması üçün aşağıdakı ünvanlarda yerləşdirilib:
- BP-nin Xəzər Mərkəzi ofisinin qəbul şöbəsi: Neftçilər prospekti 153
- M.F. Axundov adına Milli Kitabxana: Xaqani küçəsi 29
- Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası: Hüseyn Cavid küçəsi 31
- Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin kitabxanası: Azadlıq prospekti 20
- Orxus İctimai Ekoloji İnformasiya Mərkəzi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi: Bəhram Ağayev küçəsi 100a
- Bakı Kitab Mərkəzi: Üzeyir Hacıbəyov küç., 5; Qoqol küç., 2
- Libraff Kitab Mağazası: Hüseyn Cavid prospekti 186 (Mirvari Park kompleksi, D Bloku)
- Bakı Ali Neft Məktəbinin kitabxanası: Bakı şəhəri, Yeni Salyan şosesi 3-cü km (Bakı Ali Neft Məktəbinin Kampusu)
Bundan əlavə, sənədin tam versiyası və qısa xülasəsi (Azərbaycan və ingilis dillərində) BP-nin vebsaytında yerləşdirilib:
BP bütün maraqlananları ƏMSSTQ sənədinin layihə variantı ilə bağlı şərh və rəylər təqdim etməyə dəvət edir. Şərhlər görüş ərzində, www.bp.com/caspian vebsaytına daxil olmaqla və ya [email protected]
elektron ünvanına məktub göndərməklə təqdim edilə bilər.
Əlavə məlumat üçün BP-nin tələblərə riayət və icazələr üzrə qrup rəhbəri Səadət Qafarova
ilə əlaqə saxlaya bilərsiniz:
E-poçt: [email protected]
Tel.: (012) 4046919 və ya (055) 2259013
Trend