Dünyanən ən böyük neft-qaz və enerji şirkətlərindən biri olan Britaniyanın BP şirkəti 2022-ci ilin 1-ci rübünü böyük zərərlə tamamladığını elan edib.
FED.az xəbər verir ki, ötən 3 ayda şirkət 20 milyard dollar zərər edib ki, bununda əsas səbəbi Ukraynadakı müharibəyə görə şirkətin Rusiya ilə əlaqələri qəflətən dayandırması olub.
Xatırladaq ki, Rusiyanın Ukraynaya təcüvüzünə etiraz olaraq həm də Britaniya hökumətinin tələbi ilə şirkət Rusiyadakı layihələrdən çıxıb və «Rosneft»dəki 19,75% paynı satmalı olub. Bunun nəticəsində şirkət 20,38 milyard dollar zərər edib, amma şirkət bildirir ki, bu əməliyyatdan zərərlər hələ tamam bitməyib və zərər 25 milyard dollara yüksələ bilər.
Rusiyadakı əməliyyat nəticəsində şirkətin aldığı zərər onun ümumi fəaliyyətindəki müsbət meylləri tamamilə örtüb.
Belə ki, 1-ci rübdə şirkətin gəlirləri ötən ilin 1-cü rübü ilə müqayisədə 40% artaraq 51,22 milyard dollara, pul dövriyyəsi isə 34% artaraq 8,21 milyard dollara çatmışdı. Şirkətin təmiz borcu isə 33 milyard dollardan 27 milyard dollara enmişdi.