BP şirkəti operatoru olduğu “Şahdəniz” qaz-kondensat yatağının işlənilməsi layihəsində Rusiyanın “Lukoil” şirkəti ilə hazırda hansı formada əməkdaşlıq etdiyini açıqlamaqdan yayınıb.
BP “Mərkəzi Azəri” platformasının - İŞİNİ DAYANDIRACAQ
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, Rusiya-Ukrayna müharibəsinə görə ABŞ hökuməti Rusiyanın ən böyük neft şirkətlərindən olan “Lukoil”a qarşı sanksiyalar tətbiq edib. Nəticədə şirkət xaricdəki bir neçə layihədən çıxmalı olub. Qeyd edək ki, “Lukoil” şirkəti Azərbaycanın «Şahdəniz» qaz yatağın layihəsində də payçıdır. Buna görə də sanksiyalardan sonra şirkətin «Şahdəniz» layihəsindəki rolunun necə dəyişəcəyi maraq doğurur.
İran müharibəsinə görə tankerlərin gündəlik icarə haqqı - 200 MİN DOLLARA QALXIB
Amma BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) üzrə regional prezidenti Ciovanni Kristofoli Bakıda jurnalistlərlə görüşdə bu barədə ətraflı məlumat verməkdən yayınıb.
O sadəcə bildirib ki, şirkət (yəni BP) beynəlxalq sanksiyalara riayət olunmasını təmin etmək üçün İranın NICO şirkəti ilə olduğu kimi, “Lukoil” ilə də əməkdaşlıq edir.
Ciovanni Kristofoli qeyd edib ki, sanksiyalar “Lukoil”a təsir etdikdə, BP SOCAR, “Lukoil”, Avropa İttifaqı və ABŞ ilə birlikdə saziş və iş mexanizmi hazırlamaq üçün çalışıb.
“Bu razılaşma “Şahdəniz”dəki əməliyyatların sanksiyalara tam uyğun şəkildə davam etməsinə imkan verir”, – regional prezident bildirib.
Bununla yanaşı, BP nümaynədəsi hazırlanmış sazişin və iş mexanizminin nədən ibarət olduğunu və hansı prinsipə əsaslandırdığını açıqlamayıb.











