Böyük Britaniyanın BP neft-qaz şirkəti Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindədir. “RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Hyustonda keçirilən “CERAWeek” konfransında şirkətin rəhbəri Robert Dadli bildirib.
“Biz Rusiya ilə əməkdaşlığı genişləndirmək niyyətindəyik. Biz çox şey etməliyik. Biz hazırda əməkdaşlığımızın genişləndirilməsi, texnologiyalar üzərində çalışırıq və Rusiyadan kənarda xeyli işlər var”, - deyə Dadli bildirib.
BP rəhbəri şirkətin Rusiyadakı hazırkı layihələrinin vəziyyətinə də toxunub. Onun sözlərinə görə, Qərbin sanksiyalarının bu layihələrə mənfi təsiri olmayıb.
“Rusiyadakı layihələrimizə sanksiyalar təsir etmədi... Biz Rusiyada uzun müddətdir çalışırıq, bizə burada asandır”, - deyə Dadli qeyd edib.