2016-cı ildə "BP-Azerbaijan" şirkəti ölkədəki tərəfdaşları ilə birlikdə 167 yerli şirkətlə dəyəri 1,06 mlrd. dollar təşkil edən yeni uzunmüddətli müqavilələr imzalayıb. FED.az "APA-Economics"ə istinadən xəbər verir ki, bunu Bakıda keçirilən 24-cü Beynəlxalq Xəzər Neft-Qaz konfransında şirkətin vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
Onun sözlərinə görə, BP-nin ötən il 266 yerli şirkət və fiziki şəxslə əməkdaşlıq edib ki, bunun da 58%-i kiçik və orta müəssisələr olub.
"Azərbaycanda birgə əməliyyatlarımız və layihələrimiz çərçivəsində xərclərimiz ümumilikdə 2,06 mlrd. dollar olub ki, bunun da 900 mln. dolları yerli təchizatçılara çəkilən xərcləridir", - deyə vitse-prezident qeyd edib.