Kolin Allan 1 iyul 2022-ci il tarixindən Azərbaycan, Gürcüstan və Türkiyə (AGT) regionunda maliyyə məsələləri üzrə vitse-prezident vəzifəsinə təyin olunub.
Eləcə də bax: bp Azərbaycan üçün dekarbonizasiya üzrə təkliflər sənədini - TƏQDİM EDİB
FED.az xəbər verir ki, bu vəzifədə Kolin AGT-nin regional rəhbər qrupunun üzvü olmaqla bp-nin AGT regionundakı neft, qaz və bərpa olunan enerji mənbələri sahəsindəki biznes əməliyyatları ilə bağlı bütün kommersiya məsələlərinə, eləcə də strategiyanın hazırlanmasına və maliyyə göstəricilərinin idarə edilməsinə cavabdeh olacaq.
Kolin bu vəzifədə 1 iyul 2022-ci il tarixindən bp-nin London ofisində az karbonlu enerji həlləri və innovasiyalar sahəsində birləşmələr və satınalmalar üzrə vitse-prezident vəzifəsinə təyin olunmuş Nayel Hendersonu əvəz edir.
bp-də çalışdığı ötən 23 il ərzində Kolin bir çox regionlarda geniş spektrli məsələlər və biznes əməliyyatları ilə məşğul olmuş və maliyyə sahəsində dərin təcrübə toplamışdır. Bundan əvvəl Kolin Trinidad və Tobaqoda bp-nin maliyyə və qaz biznesinin inkişafı üzrə vitse-prezidenti olub və həmin vəzifədə mayeləşdirilmiş təbii qazın (LNG) dəyər zəncirini və az karbonlu biznesin inkişafını əhatə edən mürəkkəb kommersiya portfelini idarə edib. Daha əvvəl isə Kolin bp-nin AGT regionunda kommersiya məsələləri üzrə meneceri olub və 2017-ci ildə AÇG üzrə Hasilatın Pay Bölgüsü haqqında Sazişin (HPBS) müddətinin uzadılması və daha sonra isə Azəri Mərkəzi Şərqi (ACE) layihəsinin yekun investisiya qərarı ilə bağlı danışıqlarda mühüm rol oynayıb.
Kolin strateji təhlil və əlaqələr qurmaq bacarığı, şirkətin əməkdaşlarını inkişaf etdirmək səyləri ilə tanınır. O, həmçinin öz bacarıqlarını enerji sektorundan kənarda da tətbiq edir və Böyük Britaniyada bir xeyriyyə təşkilatının direktorlar şurasında, Azərbaycan və Trinidaddakı beynəlxalq məktəblərin direktorlar şurasında çalışıb.
Kolinin Böyük Britaniyanın Oksford Universitetindən müasir tarix üzrə dərəcəsi var.
Evlidir, üç qızı var.
Əlavə məlumat üçün bp-nin Bakı ofisində Tamam Bayatlıya müraciət edə bilərsiniz.
Telefon: (+994 12) 525 5895