Böyük Britaniyanın neft-qaz şirkəti BP-nin 2023-cü ilin ikinci rübündə şirkətin səhmdarlarına məxsus xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 dəfə azalaraq 1,8 milyard dollar təşkil edib. Şirkət ötən ilin 2-ci rübündə 9,3 milyard dollar xalis mənfəət əldə etmişdi.
SOCAR Macarıstan anbarlarını Azərbaycan qazı ilə - DOLDURMAĞA BAŞLAYIB
FED.az xəbər verir ki, ilin birinci yarısında (yanvar-iyun) bu rəqəm ötən ilin eyni dövründəki 11,1 milyard dollar zərər ilə müqayisədə 10 milyard dollar mənfəət təşkil edib.
Vergiləri çıxdıqdan sonra hesablanan mənfəəti bir il əvvəlki 8,45 milyard dollardan 3 dəfə azalaraq 2,6 milyard dollara düşüb.
Şirkət zəif nəticələrini - əhəmiyyətli dərəcədə aşağı emal marjası, neft ticarətində zəif nəticələr, neft və qaz satışlarının azalması ilə əlaqələndirib.
BP-nin 2-ci rüb üzrə gəliri 28% azalaraq bir il əvvəlki 69,5 milyard dollarla müqayisədə 49,48 milyard dollar təşkil edib. (Marja)