BP-nin strategiya, davamlılıq və müəssisələr üzrə vitse-prezidenti Culia Kerkia bu gündən başlayaraq Bakıda 3-günlük planlaşdırılmış işgüzar səfərdədir.
"bp “Şahdəniz”də gündəlik hasilatı 72 milyon kubmetr səviyyəsində saxlamağı planlaşdırır"
FED.az “BP-Azerbaijan” şirkətinə istinadən xəbər verir ki, səfər zamanı C. Kerkia şirkətin regiondakı işçi heyəti ilə görüşəcək, həmçinin BP-nin regional rəhbərliyi ilə şirkətin əməliyyatçısı olduğu layihələrdəki hazırkı vəziyyəti, əməyin təhlükəsizliyi, iş icrası, strategiya və enerji keçidi ilə bağlı məsələləri müzakirə edəcək.
C. Kerkia həmçinin BP-nin əməliyyatçısı olduğu və 2020-ci ildən başlayaraq Avropa bazarlarını təhlükəsiz və etibarlı şəkildə qazla təchiz edən “Şahdəniz Bravo” platformasına səfər edəcək.
Səfər proqramı çərçivəsində C. Kerkia Azərbaycanın energetika naziri Pərviz Şahbazov, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev və Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf ilə görüşəcək. Bu görüşlərdə BP-nin dünya üzrə, həmçinin regiondakı biznesinin gedişi, icraçısı olduğu enerji layihələri çərçivəsində görülən işlərin hazırkı vəziyyəti və şirkətin Azərbaycanın enerji keçidinə dəstək məqsədli fəaliyyətləri ilə bağlı məsələlər müzakirə olunacaq.