Hazırda neft hasilatı üzrə istehsal gücləri güclü tələbat fonunda məhduddur, dizel yanacağı istehsalı üçün güclər defisitdədir, gələcəkdə isə benzin istehsalı üçün güclərin çatışmazlığı gözlənilir.
Azərbaycanda neft dövrü bitir – 50 MİLYONDAN 30 MİLYON TONA ENİB
FED.az xəbər verir ki, bu barədə Britaniyanın “BP plc” şirkətinin rəhbəri Myurrey Okinkloss investorlarla ünsiyyət zamanı bəyan edib.
O qeyd edib ki, BP 2027-ci ilə qədər neft hasilatı üzrə istehsal gücünü 2-3% artırmaq niyyətindədir, lakin 2030-cu ilə qədər hasilatın nə qədər artacağını dəqiqləşdirməyib, çünki bu yeni layihələr üzrə qərarın nəticələrindən asılı olacaq. Onun sözlərinə görə, Braziliyada, Meksika şelfində, Kanadada, Əbu-Dabidə və s. bir neçə layihənin icrasını təsdiq etmək planlaşdırılır.
O, treydinqdən danışarkən qeyd edib ki, əvvəlki illərdə bazarda güclü volatillik olub.
«İrəli nəzər yetirsək, neftə tələbat çox güclü qalmaqda davam edir, həqiqətən Səudiyyə Ərəbistanından başqa bazarda sərbəst güclər çox deyil. Neft emalına gəldikdə, biz çox sayda neft emalı zavodunun bağlandığını gördük, bu gün dizel istehsalı güclərinin defisiti var və mən əminəm ki, sabah benzin güclərinin qıtlığı olacaq», - Okinkloss bildirib. (İnterfaks-Azərbaycan)