Çərşənbə axşamı, aprelin 29-da “British Petroleum” (bp) neft emalı və qaz ticarətindəki zəiflik səbəbindən xalis mənfəətinin gözləniləndən 48 faiz daha kəskin azalaraq 1,4 milyard dollara düşdüyünü bildirib və investorların etimadını gücləndirmək məqsədilə strategiya üzrə baş direktorunun istefa verdiyini açıqlayıb.
"Mərkəzi Azəri" platformasından 20 ildə 152 milyon ton neft hasil edilib
FED.az xəbər verir ki, bp-nin özündə sorğu keçirən analitiklər qrupu şirkətin 1,53 milyard dollar mənfəət əldə edəcəyini gözləyirdi.
Britaniyanın enerji nəhəngi karbohidrogen hasilatını azaltmaq və aşağıkarbonlu biznesini artırmaq planlarından imtina edir. “Reuters” agentliyi xəbər verir ki, bu planlar çərşənbə axşamı iyunun 1-də istefa verəcəyini elan edən baş strategiya və davamlılıq üzrə mütəxəssis Culiya Çerçiya tərəfindən irəli sürülüb.
Şirkət son vaxtlar zəif nəticələrə görə investorlar tərəfindən əhəmiyyətli təzyiqlərə məruz qalıb. bp-nin baş icraçı direktoru Mürrey Aukinklos artıq xərcləri 2 milyard dollar azaltmaq və işçi qüvvəsinin 5 faizini ixtisar etmək kimi bir sıra tədbirlər görüb. Bundan əlavə, şirkət 2030-cu ilədək neft və qaz hasilatını 40 faiz azaltmaq məqsədini yenidən nəzərdən keçirib. İndi bp qazıntı yanacaqları istehsalını cəmi 25 faiz ixtisar etməyi planlaşdırır və bu hədəf daha da azaldıla bilər. (Azərtac)