BP-nin Azərbaycandakı layihələri üzrə podratçı şirkətlər 2022-ci ilin yanvar-sentyabr aylarında $998,6 milyon məbləğində sifariş yerinə yetiriblər ki, bu da 2021-ci ilin müvafiq dövrünün göstəricisindən 26,4% azdır.
Eləcə də bax: “bp Azərbaycan” mühüm biznes xidmətləri üzrə müqaviləni - YERLİ ŞİRKƏTƏ VERDİ
FED.az xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin mətbuat xidmətindən məlumat verilib.
“Bu məbləğdən $500,3 milyon dəyərində sifariş 14 birgə müəssisə, $29,8 milyon dəyərində sifariş 27 dövlət müəssisəsi, $218 milyon dəyərində sifariş 196 kiçik və orta müəssisə, $250,5 milyon dəyərində sifariş isə BP şirkətinin Azərbaycandakı layihələri üzrə işləyən 97 xarici şirkət tərəfindən yerinə yetirilib”, - şirkətin mətbuat xidmətindən məlumat verilib.
2022-ci ilin yanvar-sentyabr aylarında sosial layihələrin həyata keçirilməsinə $4 milyon məbləğində investisiya qoyulub. (İnterfask-Azərbaycan)