2023-cü ilin birinci rübün sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2307 nəfər olub və bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
BP Azərbaycan 1-ci rübün nəticələrini - AÇIQLADI
FED.az xəbər verir ki, bu barədə bp-Azərbaycanın hesabatında bildirilir.
Qeyd edilib ki, 2018-ci ilin ortalarından bp-nin ixtisaslı işçilərinin 90%-ni milli kadrlar təşkil edir. İxtisası olmayan işçilər isə 100% yerli vətəndaşlardan ibarətdir.
Qeyd edək ki, 2022-ci ilin sonunda bp şirkətinin işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2377 nəfər olmuşdu. (Marja)