BP şirkəti 2030-cu ilədək aşağıkarbonlu texnologiyaya investisiyasını artırmağı, karbohidrogenlərin hasilatını və tullantıların miqdarını isə azaltmağı planlaşdırır.
FED.az xəbər verir ki, bu barədə şirkətin yenilənmiş inkişaf strategiyasında qeyd edilib.
Strategiyada aşağıkarbonlu investisiyanın ildə 5 mlrd ABŞ dollarınadək artması nəzərdə tutulub ki, bu da indiki həcmdən 10 dəfə artıqdır.
Şirkət bərpa olunan enerji istehsalı gücünü 20 dəfə artıraraq 50 GVt-a çatdırmağı hədəfləyir.
Şirkət neft-qaz hasilatını isə 40% azaldaraq gündəlik 2,6 mln barel neft ekvivalentindən 1,5 mln barel neft ekvivalentinə endirəcək. BP gündəlik emal həcmini də 1,7 mln bareldən 1,23 mln barelədək azaldacaq.
Şirkət bu tədbirlərlə 2030-dək atmosferə atdığı tullantıların miqdarını 35-40%-dək azaltmağı hədəfləyir. (Report)