Gələn il "BP-Azerbaijan" şirkəti hasilatın artırılmasına ayrıca vəsait ayıracaq. Bunu BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə prezidenti Qordon Birrel bildirib.
Onun sözlərinə görə, iri və artıq istismarın yetkin dövründə olan yataqlarda müəyyən vaxtdan sonra hasilatın aşağı düşməsi təbiidir: "Həmin yataqlarda layların aşağı məhsuldarlığı müşahidə olunur. 2014-2016-cı illərdə olduğu kimi, 2017-ci ildə də hasilatın təbii enişinin qarşısını almaq üçün BP investisiya yatırımını və səylərini davam etdirəcək. Gələn il üçün dəqiq proqnozumuz hələlik yoxdur. Bu məsələ SOCAR-la müzakirə olunur. Biz bütün gücümüzü ona yönəldirik ki, laylarda təbii məhsuldarlığın enməsini ləngidək və ya minimuma endirək".
Apa©