2020-ci ilin sonuna Azərbaycanda təsdiq olunmuş qaz ehtiyatları 2,5 trilyon kubmetr həcmində qiymətləndirilir. Bu barədə Böyük Britaniyanın BP neft-qaz şirkətinin icmalında məlumat verilir.
Eləcə də bax: BP Azərbaycanda təsdiq olunmuş neft ehtiyatlarının həcmini - Açıqlayıb
FED.az xəbər verir ki, təsdiq olunan dünyanın qaz ehtiyatlarının ümumi həcmində 1,3% Azərbaycanın payına düşür. 2019-cu ilin sonuna Azərbaycanın qaz ehtiyatları da 2,5 trilyon kubmetr həcmində qiymətləndirilib.
Şirkətin məlumatına görə, 2020-ci ildə Azərbaycanda qaz hasilatı 25,8 milyard kubmetr (artım 6,2%), istehlakı – 11,9 milyard kubmetr (artım 0,8%) təşkil edib.
BP qeyd edir ki, 2020-ci ilin yekunları üzrə təsbit olunmuş dünya qaz ehtiyatları 2,2 trilyon kubmetr (1,2% - İF) – 2019-cu ilin sonuna olan 190,3 trilyon kubmetrdən 188,1 trilyon kubmetrədək azalıb.
2020-ci ildə regionlar arasında dünyada qaz ehtiyatlarının artımı yalnız Şimali Amerikada (0,4 trilyon kubmetr – 15,2 trilyon kubmetrədək), yalnız sadəcə Kanada hesabına (0,4 trilyon kubmetr 2,4 trilyon kubmetrədək) artımı qeydə alınıb.
2020-ci ildə qaz ehtiyatlarının daha çox azalması Afrikada – 2 trilyon kubmetr – 12,9 trilyon kubmetrədək Əlcəzair hesabına (- 2,3 trilyon kubmetrdək) olub.
Hesabata əsasən, ən iri qaz ehtiyatları olan ölkələr olaraq Rusiya (37,4 trilyon kubmetr), İran (32,1 trilyon kubmetr), Qətər (24,7 trilyon kubmetr), Türkmənistan (13,6 trilyon kubmetr), ABŞ (12,6 trilyon kubmetr) qalır.
2020-ci ilin sonuna MDB ölkələrində ümumi qaz ehtiyatları 2019-cu ilin sonuna 56,8 trilyon kubmetrə qarşı 56,6 trilyon kubmetr həcmində qiymətləndirilir. Həmçinin, Qazaxıstanda – 2,3 trilyon kubmetr, Özbəkistanda – 0,8 trilyon kubmetr təşkil edib. (İnterfaks)