Böyük Britaniyanın BP neft-qaz şirkəti Azərbaycandakı əməliyyatları çərçivəsində planlı profilaktik işlərin aparılması üçün Xəzər dənizində yerləşən platformaların dayandırılmasını nəzərdə tutmayıb.
"Şahdəniz"də yeni layihə üzrə investisiya qərarı ilin sonunda qəbul olunacaq
FED.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "BP-Azerbaijan" şirkətinin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı deyib.
“Bu ilə heç bir platformanın dayandırılması nəzərdə tutulmayıb”, - Tamam Bayatlı bildirib.
Qeyd edək ki, BP Azərbaycanda iki böyük karbohidrogen layihəsinin - “Azəri-Çıraq-Günəşli” neft-qaz yatağı bloku və “Şahdəniz” qaz-kondensat yatağının operatorudur.
Xat;rladaq ki, AÇG-də hasilat “Çıraq”, “Mərkəzi Azəri”, “Qərbi Azəri”, “Şərqi Azəri”, “Dərinsulu Günəşli”, “Qərbi Çıraq” və ACE platformalarından aparılır. (Apa)