BP şirkətinin əməkdaşları koronavirusa görə evdən işləyirlər.
Eləcə də bax: SOCAR-dan işçilərinin evə buraxılması haqqında - AÇIQLAMA
Bu barədə FED.az-a BP-nin Bakı ofisindəki mətbuat xidməti Tamam Bayatl məlumat verib.
O, bildirib ki, bu proflaktik tədbirlər bir müddət davam edəcək:
“İşçilərimizə sərbəstlik veriblər. İstəyən işçi işdən, istəməyən də evdən işləyir. Yəni bu qayda bütün işçilərə şamil olunmur. İşini evdən görmək imkanı olanlar evdən işləyir. Onlara gündəlik ofisdə oturmaq vacib deyil. Amma kimə ki, iş imkan vermir, yəni iclası var, o adamlar mütləq işə getməlidir. Məsələn, mən indi işə gedirəm”.
Qurum rəsmisi qabaqlayıcı tədbirin bu həftənin sonun qədər davam edəcəyini də deyib:
“Uzadılma müddətinə baxılacaq. Sərbəst iş qrafiki ötən həftədən başlayıb”.