2016-cı ilin ilk üç rübündə Azəri-Çıraq-Günəşli (AÇG) layihəsinə təqribən 378 milyon dollar əməliyyat məsrəfləri və 1,12 milyard dollar əsaslı məsrəflər xərclənib.
“BP Azeribaijan”dan Fed.az-a verilən məlumata görə, məlumata görə, 9 ərzində AÇG-dən ümumi hasilat – Çıraq (53 000), Mərkəzi Azəri (149 000), Qərbi Azəri (116 000), Şərqi Azəri (74 000), Dərinsulu Günəşli (127 000) və Qərbi Çıraq (125 000) platformalarından birlikdə – gündə orta hesabla 644 000 barel və ya ümumilikdə 176 milyon bareldən artıq, yəni 24 milyon ton təşkil edib.
AÇG-nin illik iş proqramının bir hissəsi olaraq sentyabr ayında Dərinsulu Günəşli platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçirilib.
Plana əsasən Dərinsulu Günəşli platformasından hasilat sentyabr ayında 11 gün ərzində dayandırılıb ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Platformanın təhlükəsiz, etibarlı və ətraf mühitə ziyan vurmadan uzun müddət istismar qabiliyyətini davam etdirə bilməsi məqsədilə aparılan bu işlər tam təhlükəsiz şəkildə və vaxtında başa çatdırılıb.
2016-ci ilin ilk üç rübü ərzində AÇG-də 13 neft hasilat quyusu, 4 suvurma quyusu və 1 qaz injektor quyusu qazılıb.
Bildirilib ki, üç rüb ərzində AÇG-dən SOCAR-a əsasən Səngəçal terminalı, həmçinin “Neft Daşları”ndakı qurğu vasitəsilə gündə orta hesabla 7,2 milyon kubmetr, ümumilkdə isə 1,97 milyard kubmetr səmt qazı verilib. Hasil edilən səmt qazının qalan hissəsi təzyiqi saxlamaq məqsədilə yenidən kollektora vurulub.
BP Azərbaycanda nə qədər xərcləyib?
16:25
18 Noy 2016