2023-cü iin sonunda “BP Exploration (Caspian Sea) Limited” şirkəti işçiləri olan Azərbaycan vətəndaşlarının sayı 2 353 nəfər olub.
FED.az xəbər verir ki, bu barədə “BP Azerbaijan”dan verilən məlumatda qeyd edilir.
Bura müddətli müqavilə əsasında işləyən işçilər də daxildir.
Bu 2023-cü ilin üçüncü rübünün sonu (2 395) ilə müqayisədə 42 nəfər, ilin əvvəli isə 24 nəfər azdır.
AÇG-də iştirak payları: BP (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGCVideş (2,31%)