“BP-Azerbaijan”da eyni vəzifədə olan yerli mütəxəssislə əcnəbi arasındakı maaş fərqinin 10 dəfə olmasını “bir balaca şişirdilmiş” adlandırıb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bunu “BP-Azerbaijan”nın vitse-prezidenti Bəxtiyar Alsanbəyli İTV-nin “3D” proqramının qonağı olarkən deyib.
Eləcə də bax: «Veysəloğlu»dan işçilərə ödənilən - MAAŞLAR HAQQINDA AÇIQLAMA
“Dünya praktikasında bir ölkədən digər ölkəyə gələn işçinin maaşı həmin ölkədəki işçinin maaşından yüksək olur. Eyni zamanda Azərbaycan vətəndaşı bu gün gedib İngiltərədə və ABŞ-da işləyirsə onların maaşları yerli vətəndaşların maaşlarından yüksək olur” – deyə, vitse-prezident deyib.
Digər bir sual isə xarici vətəndaşların əmək müqaviləsində maaşları dollarla və yerli vətəndaşlara isə manatla yazılması ilə bağlı olub. Bəxtiyar Aslanbəyli bildirib ki, əgər əcnəbi vətəndaşı Azərbaycana cəlb ediriksə onun maaşı öz ölkəsindəki valyutaya görə hesablanır. Məsələn, o, İngiltərədə funt-sterlinqlə əməkhaqqı alıbsa onu Azərbaycan manatı ilə bura gətirmək çətin məsələdir.