BP şirkəti bu ilin II rübündə 17,7 mlrd ABŞ dolları məbləğində zərərlə üzləşib.
Eləcə də bax: BP Azərbaycanın neft ehtiyatlarını - YENİDƏN QİYMƏTLƏNDİRİB
FED.az xəbər verir ki, bu barədə şirkətin hesabatında bildirilib.
Şirkət rüblük zərərdən sonra dividend ödənişini 50% azaldır. Bu, son on ildə ilk azalmadır. Beləliklə, BP-nin II rüb üzrə hər səhmə görə dividend ödənişi 5,25 sent hesablanır. Əvvəli rübdə isə bu 10,5 sent təşkil edib.
II rübdə BP-nin gəliri 56% azalaraq 31,7 mlrd ABŞ dolları təşkil edib.
Hesabat dövründə BP-nin gündəlik hasilatı orta hesabla 2,5 mln barel neft ekvivalenti olub, bu isə illik müqayisədə 3,8% azdır. (Report)