Böyük Britaniyanın maliyyə naziri Ceremi Hantın neft və qaz şirkətlərinin yüksək gəlirlərinə görə vergi dərəcəsinin gələn il 25 faizdən 35 faizə qaldırılacağı barədə açıqlamasına Britaniyanın nef və qaz sənayesi reaksiya verib.
FED.az xəbər verir ki, Britaniyanın neft və qaz sənayesi lobbi təşkilatı OEUK verdiyi açıqlamada vergi qanunlarında edilən dəyişikliyin şirkətlərin onilliklər çəkə biləcək yeni infrastruktur xərclərini planlaşdırmalarını çətinləşdirdiyini bildirib.
“Offshore Energies UK” -nin baş direktoru Deirdee Michie deyib: "Siyasətçilərdən fərqli olaraq, enerji şirkətləri növbəti 10 illəri düşünərək sərmayə qoyurlar. Bu yanaşma ölkəni 50 il ərzində dəstəkləyən sabit, güclü və firavanıq içində bir sənaye qurdu. İndi biz növbəti 50 il üçün plan hazırlayırıq bunun üçün üçün siyasətçilərimizlə işləmək istəyirik".
OEUK bəyanatına görə, maliyyə naziri Hantın elan etdiyi vergi artımı 2028-ci ilə qədər neft və qaz sektorunda əlavə 19 milyard funt sterlinq yığılması və ümumi vergi yükünü 80 milyard funt sterlinqə yüksəlməsi ilə nəticələnəcək.