Böyük Britaniyanın enerji xidmətləri şirkəti “Petrofac International LTD"nin Azərbaycandakı nümayəndəliyi ləğv olunduğunu elan edib.
Eləcə də bax: Azərbaycanda 1,1 milyon manatdan artıq nizamnamə kapitalı ilə şirkət - YARADILDI
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Bakı şəhəri, Yasamal rayonu, İzmir küçəsi, 8 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, “Petrofac International LTD" şirkətinin Azərbaycandakı nümayəndəliyi 1995-ci ildə dövlət qeydiyyatına alınıb.(Report)