2025-cü ilin yanvar ayında Azərbaycan Bolqarıstana 61 milyon 803 min dollar həcmində 160 milyon 275 min kub metr təbii qaz ixrac edilib.
FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qaz ixracı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 3 milyon 651 min dollar və ya 6,3%, həcm ifadəsilə isə 2 milyon 179 min kub metr, başqa sözlə 1,4% artıb.
Qeyd edək ki, 2024-cü il ilk ayı ərzində Azərbaycandan bu ölkəyə 58 milyon 152 min dollar dəyərində 158 milyon 97 min kub metr təbii qaz ixrac olunmuşdu.
Ötən ilin ilk ayının nəticələrinə görə Azərbaycanın Bolqarıstana ixrac etdiyi təbii qazın 1 kub metrinin orta ixrac qiyməti 66 qəpik təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu göstərici 3 qəpik (4,8%) artımdeməkdir.
Ötən ilin müvafiq dövründə isə Bolqarıstana ixrac edilmiş kub metrinin orta ixrac qiyməti 63 qəpiyə bərabər olub.