Təbii qazın ucuz olduğu dövr artıq başa çatıb. Onun əvəzinə indi bahalı enerji dövrü gəlib ki, bu da bütün dünya iqtisadiyyatında dalğa effekti yaradacaq.
FED.az-ın məlumatına görə, «Bloomberg»in analitikləri hesab edir ki, son 10 illikdə dünyada təbii qaz qıtlığı yox idi. Elekrtrik enerjisi istehsalı və evlərin qızdırılması üçün qazın qiyməti aşağı idi, üstəlik ABŞ və Avstraliyada hasilatın artması fonunda daha da ucuzlaşırdı.
Mətbəx iqtisadiyyatı: Qabyuyan su və enerji puluna – 10 QAT QƏNAƏT EDİRMİŞ
«Bu il bu proses dayanıb, hazırda tələb təklifi xeyli üstələyir. Bu həftə Avropada qazın qiyməti rekord həddə çatıb, Avropada qazın qiyməti 1000 kubmetrə görə 540 dollara yüksəlib. Asiyaya göndərilən qazın həcmi isə ilin bu dövrü üçün görünməyən səviyyəyə yüksəlib»-deyə bildirilir.
Eyni zamanda qaz hasilatıvə nəqli sahəsinə yatırımlar azalır, səbəbi iqlimlə bağlı narahatlıqlardır. Analitiklər bildirir ki, «bahalı enerji dövrünün itmədiyi artıq aydın görünür».
«Necə baxsan da qaz hələ on illərlə keçid yanacağı rlaraq qalacaq, çünki iri iqtisadiyyatı olan ölkələr karbon qazı ilə bağlı tələblərə əməl etmək istəyirlər» - deyə «Macro-Advisory Ltd» şirkətinin direktoru Kris Uifer bildirir. Onun sözlərinə görə, qazın qiyməti qarşıdakı dövrdə də artacaq.
Beynəlxalq Enerji Agentliyinin hesablamalarına görə, 2024-ci ildə qaza olan tələbat pandemiyadan əvvəlki dövrlə müqayisədə 7% artacaq. Bundan sonra isə sıxılmış qaza tələbat 2035-ci ilə qədər ildə 3,4% artacaq. Bu qiymət artımı digər hasil olunan yanacaqları üstələyəcək.
Qazın qiymətinin artması özünü bütün sahələrdə göstərəək. Qiymət artımı elektrik enerjisi itsehsalı və neft kimyası sahələrinə təsir göstərərək inflyasiya təhlükəsi yaradacaq.
«İstehlakçılar, yəni əhali üçün bu – aylıq qaz və işıq pullarının artması deməkdir. Paltaryuyan maşını işə salmaq, duş qəbul etmək və nahar hazırlamaq bahalaşacaq»-deyə məqalədə bildirilir.
Mətbəx iqtisadiyyatı: Qabyuyan su və enerji puluna – 10 QAT QƏNAƏT EDİRMİŞ
Özü də bu ən çox kasıb ölkələr, məsələn, Pakistan və Banqladeş üçün pis xəbərdir. Bu ölkələr əhali üçün yanacağın qiymətinin uzun müddət aşağıda qalmasını planlaşdırırdılar.
Agentlik xatırladır ki, son bir ildə Avropada qazın qiyməti 1000% bahalaşıb. Amma aydındır ki, bu pandemiya dövründə tələbatın kəskin azaldığı və panika hökm sürən həftələrdə baş vermişdi.