Səudiyyə Ərəbistanının xam neft ixracı iyul ayında 2020-ci ilin aprelindən bəri ən yüksək səviyyəyə yüksəlib.
Eləcə də bax: Qərb qiymətlərin daha da artmaması üçün - RUSİYA NEFTİNƏ "TOXUNMUR"
FED.az Banker.az-a istinadən xəbər verir ki, keçən ay krallıqdan dənizdə neft tədarükü iyunda sutkada 6.6 milyon barellə müqayisədə sutkada təxminən 7.5 milyon barel təşkil edib. “Bloomberg” qeyd edir ki, artım ABŞ-ın neft hasilatını artırmaq üçün Səudiyyə Ərəbistanına təzyiqləri fonunda baş verib.
Səudiyyə Ərəbistanından əsas istiqamət olan Çinə neft ixracı iyulda orta hesabla 1.65 milyon barel/günə yüksəlib. Hindistana tədarüklər 2020-ci ilin aprelindən bəri ilk dəfə olaraq sutkada 1 milyon bareldən çox olub.
ABŞ Prezidenti Co Bayden iyul ayında OPEC-in ən böyük istehsalçısı olan Səudiyyə Ərəbistanının hasilatı artıracağını gözlədiyini söyləyib. Cənab Baydenin Səudiyyə Ərəbistanına səfərindən sonra Ağ Ev Ər-Riyadın istehsal artımı planlarına düzəlişlər etməyə razılaşdığını açıqlayıb. İyul və avqust aylarında ölkə bu göstəricini 50% artıracaq və əvvəlkindən 250 min barel çox istehsal edəcək.