Rusiya Səudiyyə Ərəbistanı ilə «neft müharibəsi»ndə təslim olmaq niyyətində deyil.
FED.az xəbər verir ki, bu barədə «Bloomberg» agentliyinə Rusiya hökumətinə yaxın mənbələr bildirib.
Agentliyin məlumatına görə, Rusiya rəhbərliyi neftin bir barrel üçün 20 dollar qiymətinə haır idilər və buna çoxdan hazırlaşıblar:
«Moskva hesab edir ki, neftin aşağı qiymətinə Ər-Riyaddan çox davam gətirə biləcək».