İsrail-Həmas müharibəsinin Yaxın Şərqdə müxtəlif cəbhələrə yayılmasının qarşısını almaq üçün səylər davam etsə də, qlobal iqtisadiyyatın ən pis ssenaridə tənəzzülə girəcəyi demək olar ki, qaçılmaz görünür.
FED.az xəbər verir ki, Bloomberg Economics üç fərqli müharibə ssenarisinin neft, qlobal iqtisadi artım, inflyasiya və bazar dəyişkənliyinə təsirini araşdırıb.
Bazar aktyorları İranını İsraillə birbaşa münaqişəyə daxil olmasını ən pis ssenari kimi görürlər. Bloomberg Economics-ə görə, bu ssenari neftin qiymətini bir barel üçün 150 dollara qaldıra və 1,7 faizlik azalma ilə qlobal iqtisadiyyatdan 1 trilyon dollar silinə bilər.
Livan və Suriyaya yayılan qarşıdurmanın da yer aldığı müharibə ssenarisində iqtisadçıların gözləntiləri neftdə 8 dollar, VIX indeksində isə 8 bəndlik artımdır. Bu ssenaridə Bloomberg Economics qlobal iqtisadi artımın 0,3 faiz bəndi azalacağını, inflyasiyanın isə 0,2 faiz bəndi artacağını gözləyir.
Qəzzada quru əməliyyatı, məhdud regional münaqişə və İranın neft hasilatının azalması ssenarisində iqtisadçılar neftin bir barel üçün 4 dollar artacağını, qlobal iqtisadi artımın 0,1 faiz bəndi azalacağını, inflyasiyanın isə 0,1 faiz bəndi artacağını gözləyirlər. (Marja)