Azərbaycan Biznesin İnkişafı Fondu (ABİF) Laçın və Kəlbəcər rayonlarında Türkiyənin “Dəmirörən Holding” şirkətinin törəməsi ilə birlikdə 4 Kiçik Su Elektrik Stansiyasının bərpası və tikintisi layihəsini həyata keçirir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Türkiyə İşadamları Birliyinin (ATİB) təşkilatçılığı ilə keçirilən "Suveren Azərbaycan - Biznesdə yeni cığır" adlı konfransda ABİF-in nümayəndəsi Rüfət Əliyev bildirib.
O, qeyd edib ki, bu layihədə ABİF həm Türkiyə şirkəti ilə birlikdə ortaq olaraq iştirak edir, həm də fondu bu layihəyə güzəştli kredit ayırıb və dövlət zəmanəti təqdim edib: «2026-ci ilin sonuna təmir tikinti işlərinin tamamlanması və artıq regionda yaşıl enerjinin paylanması və istehsalı nəzərdə tutulur».
Qeyd edək ki, bu sahədə digər iri layihə Cəbrayıl rayonunda “bp” və “SOCAR Green” ilə birlikdə əməkdaşlıq çərçivəsində həyata keçilən «Şəfəq Günəş Elektrik Stansiyasıdır. Həmin stansiya ilə 240 meqavat həcmində elektrik enejisi istehsal ediləcək: «Biz bu layihəyə başladığımızda bölgənin ilk ən böyük özəl sərmayə ilə qurulan təşəbbüsü idi – 200 milyon dollardan çox sərmayə qoyulmuşdu»-deyə ABİF nümayəndəsi bildirib.










