Beynəlxalq Enerji Agentliyi (IEA) Çin iqtisadiyyatının yenidən açılması ilə əlaqədar qlobal neft tələbatının artması ilə bağlı proqnozunu yüksəldib.
FED.az xəbər verir ki, IEA-nın bu gün açıqladığı aylıq neft bazarı hesabatına görə, qlobal neft tələbinin bu il keçən ilə nisbətən gündəlik 1 milyon 960 min barrel artaraq gündəlik 101 milyon 920 min barrelə çatacağı gözlənilir. Əvvəlki hesabatda bu rəqəm gündəlik 101 milyon 720 min barel olaraq qiymətləndirilmişdi.
OECD regionunda tələbatın əvvəlki ilə nisbətən 390 min barel artaraq 46 milyon 390 min barrel, qeyri-OECD ölkələrində isə 1 milyon 570 min barel artımla 55 milyon 530 min barrel olacağı hesablanır.
Covid-19 məhdudiyyətlərinin lğv edildiyi Çində gözlənilən iqtisadi canlanmanın qlobal neft tələbinin artmasına səbəb olacağı düşünülür.
Dünyanın ikinci ən böyük neft istehlakçısı olan Çində tələbat artımasının ilin sonuna kimi sürətlənərək 2021-ci il səviyyəsini keçəcəyi proqnozlaşdırılır.
Azərbaycanın yanvar ayı üzrə neft-qaz göstəriciləri - AÇIQLANDI
Sərhədlərin yenidən açılmasının reaktiv yanacaq tələbini artıracağı gözlənilir.
Hesabata görə, gündəlik qlobal neft hasilatı keçən ay əvvəlki ayla müqayisədə 10 min barel artaraq təxminən 100 milyon 800 min barel olub. (Marja)