Energetika

Benzinin rüsumdan azad edilməyi nəyi dəyişəcək?

Benzinin rüsumdan azad edilməyi nəyi dəyişəcək? | FED.az
11:15 28 Avq 2019

Xəbər verdiyimiz kimi, Nazirlər Kabineti Azərbaycana idxal edilən 92 və ya daha çox, həmçinin 95-dən az oktan ədədi ilə avtomobil benzinini gömrük rüsumundan azad edib. 

FED.az xəbər verir ki, gömrük rüsumundan azad edilmənin səbəbi, qiymətdə hər hansı dəyişikliklərin olub-olmayacağı ilə bağlı iqtisadçı-ekspert Natiq Cəfərlidən münasibət öyrənilib. 

N.Cəfərli qeyd edib ki, Azərbaycanda 92 markalı benzinin istehsalında problemlər yaşanır: “Neft emalı zavodunda təmir işlərinin getməsi gözlənilir. Hətta bildiyim qədərilə təmir işlərinə də artıq başlanılıb. Buna görə də, yerli istehlak üçün istehsal edilən benzin artıq yetərli deyil. Bu məqsədlə də 92 markalı benzinin xaricdən alınmasına ehtiyac yaranıb. Həmin ehtiyacı ödəmək üçün də benzin rüsumdan azad edilir. 

Çünki gömrük rüsumu ləğv olunmasaydı, 92 markalı benzinin qiymətinin qaldırılması məsələsi gündəmə gələcəkdi. Bu zaman hökumət Tarif Şurasına müraciət edərək 92 markalı benzinin qiymətinin baxılmasını istəyəcəkdi. Qiymət artımının baş verməməsi üçün gömrük rüsumu ləğv edilir. Bu da başqa suallar doğurur. Neft ölkəsi olan Azərbaycan nə üçün ixraca möhtacdır? Bundan əlavə, yüksək keyfiyyətli 95 markalı benzin də ölkədə istehsal olunmur. Hökumət bunun üçün də müəyyən addımlar atmalıdır ki, belə vəziyyətlərdə xaricdən benzin alınmasın”.

 Qafqazinfo

Digər xəbərlər