“Belarus 80 min ton Norveç nefti alıb. Məhsul Litvanın Klaypeda limanından “Naftan” emalı zavoduna çatdırılacaq”.
FED.az xəbər verir ki, bunu Belarus “Belneftexim” konserninin nümayəndəsi RİA Novosti-yə açıqlamasında deyib.
Eləcə də bax: Rusiya və Belarus 2022-ci ilə qədər – BİRGƏ DÖVLƏT YARADACAQ
O, həmçinin rəsmi Minskin gələcəkdə Norveç neftini alması ehtimalından da danışıb.
Belarus Baş nazirinin müavini Dmitri Krutoy isə bildirib ki, Minsk neft tədarükü ilə əlaqədar Ukrayna, Polşa, Baltikyanı ölkələr, Qazaxıstan və Azərbaycana ticarət təklifləri göndərib.
Apa