Belurus hökuməti Azərbaycanın Dövlət Neft Şirkəti ilə (SOCAR) ümumi həcmi 160 min ton olan iki neft partiyasının alınması barədə müqavilə imzalayıb.
Eləcə də bax: SOCAR Ukraynaya pul yatırıb - BELARUSA NEFT VERƏCƏK
FED.az xəbər verir ki, artıq SOCAR Belarusa neft göndərməyə başlayıb. Bu ölkənin «Belneftxim» şirkətindən verilən məlumata görə, artıq ilk neft partiyası Belarusa göndərilib. Neft Belarusa, Ukrayna vasitəsilə – Odessa Brodı kəməri ilə göndəriləcək.
Belarus tərəfi bu kəməri iqtisadi cəhətdən ən sərfəli və etibarlı nəql üsulu hesab edirlər.
Qeyd edək ki, 2016-cı ildə Belarus Azərbaycandan 560 min ton neft alıb.