Baş nazir Əli Əsədov yanvarın 20-də BP şirkətinin Hasilat və əməliyyatlar üzrə icraçı vitse-prezidenti Qordon Birrel ilə görüşüb.
Azərbaycan nefti 85 dolları keçdi - SON QİYMƏT
Nazirlər Kabinetindən FED.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə BP arasında əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, BP tərəfindən ölkəmizdə həyata keçirilən layihələrin önəmi qeyd edilib.
İşğaldan azad olunmuş ərazilərdə günəş elektrik stansiyasının inşası ilə bağlı BP şirkəti ilə birgə aparılan işlər nəzərdən keçirilib.