Beynəlxalq Enerji Xartiyasının Baş katibi Urban Rusnak “Cənubi Qafqazda enerji təhlükəsizliyi” adlı bəyanat verib.
FED.az xəbər verir ki, Energetika nazirinin müşaviri-mətbuat katibi Zəminə Əliyevanın verdiyi məlumata görə, bəyanatda Baş katib U. Rusnak tərəfindən beynəlxalq öhdəliklərə uyğun davranılmasına, mühüm enerji infrastrukturuna təsir göstərə biləcək yaxud enerji təchizatını əhəmiyyətli dərəcədə poza və ya dayandıra biləcək hər hansı hərəkətdən çəkinilməsinə çağırış edilib.
Xatırladaq ki, Energetika naziri Pərviz Şahbazov tərəfindən Beynəlxalq Enerji Xartiyası Katibliyinə və digər beynəlxalq enerji təşkilatlarına Azərbaycanın neft və elektriik enerjisi infrastrukturunun hədəfə alınması barədə məlumatları və Ermənistanın təxribatlarının qınanılmasına çağırışı əks etdirən müraciət ünvanlanıb. (Fins.az)