Bakı Ali Neft Məktəbində “Kimya mühəndisliyi” ixtisası üzrə təhsil alan 3-cü kurs tələbələri Səngəçal terminalına səfər etmişlər.
Səngəçala tələbələrin səfəri BANM və “BP-Azərbaycan” şirkətinin əməkdaşlığı nəticəsində baş tutmuşdur. Səfər zamanı tələbələr terminalın strukturu, tutumu, müasir avadanlıqlar və texnologiyalarla tanış olmuş, eləcə də mövcud iş şəraiti, texniki təhlükəsizlik, ətraf mühitin və sağlamlığın qorunması tədbirləri haqqında məlumatlandırılmışlar. Qeyd edilmişdir ki, Bakıdan 55 km cənubda yerləşən Səngəçal terminalı Azərbaycanın neft və qaz sənayesində xüsusi əhəmiyyətə malik obyektlərdən biridir. Terminal Xəzər hövzəsində BP tərəfindən işlədilən bütün mövcud dəniz yataqlarından hasil edilən xam nefti və qazı qəbul etmək, texnoloji emaldan keçirmək, saxlamaq, ixrac etmək üçün nəzərdə tutulmuşdur.
Terminalın operatoru BP şirkətidir. BANM-nin tələbələri “ATA (Amec-Tekfen-Azfen) yard” sahəsində də layihə üzrə həyata keçirilən işlərlə tanış olmuşlar. Səfərin sonunda tələbələrə müxtəlif məlumatlandırıcı materiallar təqdim olunmuş, onları maraqlandıran suallar ətraflı cavablandırılmışdır.
BANM-nin tələbələri Səngəçal terminalında olub
17:00
14 Aprel 2017