«Bank of America» neftin qiyməti ilə bağlı yeni proqnozunu açıqlayıb.
FED.az xəbər verir ki, bank enerji sektorundakı gərginlik səbəbindən qiymətlərin 100 dollara çata biləcəyini qeyd edib. Analitiklər isə bildirirki, belə artım dünyada iqtisadi böhran yarada bilər.
«Bloomberg» yazır ki, qiymətlər 2014-cı ildən bəri ilk dəfə 100 dollara çata bilər. Hazırda dünya bazarında qazın qiyməti iki dəfə artaraq 1100 dolar ətrafındadır ki, bu da neftin 190 dollarlıq qiymətinə ekvivalentdir. «Bank of America» bildirir ki, qazın bahalaşması nəticəsində dünyada dizelə tələbat kəskin arda bilər, bu da neftin qiymətini yenidən artıracaq. Nəticədə qiyimət artımı makroböhranla nəticələnə bilər.
«Bank of America»nın pronozlarına görə neftə tələbat bir neçə səbəbdən artacaq.
Əvvəla, qaz bahalı olduğuna görə bəzi sahələrdə neftə keçid olacaq, ikincisi soyuq qış səbəbindən neft istehlakı artacaq, nəhayət, ABŞ-da sərhədlərin açılması ilə əlaqədar, uəçuşloarın artımı və yanacağa tələbatın kəskin yüksəlməsi. «Əgər bütün bu faktorlar birləşsələr, neftin qiyməti artaraq dünyada yeni inflyasiya dalğası yaradacaq»-deyə bankın analitikləri hesab ekdirlər.