Bakının Nizami rayonunda 17 binanın istilik təminatında fasilə yaranıb.
Eləcə də bax: "Azəristiliktəchizat" "Azəriqaz"a olan borcunu - AZALDIB
FED.az xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-in mətbuat katibi Elvin Basqallı deyib.
"Bu gün saat 06:00-dan 11:30-a qədər çağrı mərkəzimizə 60-dan çox müraciət daxil olub. Müraciətlər ən çox paytaxtın Nizami rayonundan gəlib. Burada istilik xəttində baş verən axıntı nəticəsində 17 binanın istiliklə təminatında fasilə yaranıb. Əməkdaşlarımız dərhal hadisə yerinə gedib və yaxın saatlarda həmin ərazidə istiliyin verilməsi bərpa olunacaq", - deyə mətbuat katibi qeyd edib. (Trend)