Bu ilin birinci yarısında Bakı şəhəri üzrə elektrik enerjisinin istehsalı 2,05 mlrd. kVt-saat təşkil edib.
FED.az xəbər verir ki, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə bu ilin birinci yarısında paytaxtda elektrik enerjisinin istehsalında 13,2%-lik azalma müşahidə olunub.
Qeyd edək ki, Azərbaycanda bu ilin birinci yarısında 12 mlrd. kVt-saat elektrik enerjisi istehsal edilib. Bu, ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 5,6% çoxdur. İstehsal edilən əmtəəlik elektrik enerjinin həcmi yanvar-iyun aylarında 11,55 mlrd. kVt-saat təşkil edib (5,8%-lik artım).
Ölkədə istehsal edilə edilən elektrik enerjinin 10,61 mlrd. kVt-saat istilik (7,1%-lik artım), 859 mln kVt-saat su elektrik (12,9%-lik azalma) stansiyaların payına düşüb. İstehsal edilən elektrik enerjinin istehsalı isə külək və günəş ilə işləyən elektrik stansiyalar ilə təmin edilib.