2020-ci ilin yanvar-oktyabr ayrları ərzində magistral neft kəmərləri ilə 29 milyon 288,9 min ton neft nəql edilib. Bu ötən ilin eyni dövrü ilə müqayisədə 9,7 faiz azdır.
FED.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, nəqletmənin 79,3 faizi Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri ilə həyata keçirilib. Cari ilin yanvar-oktyabr ayları ərzində bu kəmər vasitəsilə 23 milyon 240,2 min ton neft ötürülüb ki, bu da 2019-cu ilə nisbətən 10,9 faiz azdır.
Dövr ərzində BTC kəməri ilə 3 milyon 324 min ton tranzit nefti də nəql edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 12,4 faiz az olub.
Qeyd edək ki, 2019-cu ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın magistral neft kəmərləri ilə 32 milyon 424,7 min ton neft nəql edilib. Eləcə də, Bakı-Tbilisi-Ceyhan (BTC) neft ixrac kəməri ilə 26 milyon 106,7 min ton neft ötürülüb.