"Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Malayziya kapitallı “Tiza Green Energy” MMC arasında çərçivə sazişi imzalanıb.
“Son 5 ildə Xəzərin səviyyəsi 1 metr azalsa da, hazırda sabitdir”
FED.az xəbər verir ki, imzalanma mərasimi noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycan pavilyonunda baş tutub.
Saziş “yaşıl texnologiya”ların və bərpa olunan enerji mənbələrinin inkişafı üzrə əməkdaşlığı, xüsusilə də Ələt limanında günəş panellərinin quraşdırılmasını nəzərdə tutur.
"Bu, “yaşıl keçid” üzrə kompleks həllər sahəsində çox mühüm addımdır", - Bakı Limanının baş direktoru Taleh Ziyadov bildirib. (Report)