Azərbaycanda yanacağın – benzin və dizelin qiyməti ilə bağlı proqnoz vermək çətindir.
FED.az xəbər verir ki, bu barədə Azərbaycanın ən böyük yanacaqdoldurma şirkətlərindən biri olan «Azpetrol»un rəhbəri Ceyhun Məmmədov bildirib.
«Dünya bazarında neftin qiymətinin yüksək olduğu bir vaxtda Azərbaycanda benzin və dizelin qiymətində də artım olan bilərmi» sualına cavab verən C.Məmmədov bildirib: «Azərbaycanda ən böyük yanacaqdoldurma şəbəkəsi olan şirkətdir. Bizim fəaliyyətimiz sürücülərə AI-92, dizel yanacağı və Premium markalı yanacağın satışını həyata keçirməkdən ibarətdir. Bildiyiniz kimi, AI-92 markalı və dizel yanacağının qiyməti Tarif Şurası tərəfindən müəyyən olunur. Premium markalı, Avropadan idxal olunan yanacağın qiyməti isə Avropa bazarlarında “Platts European Marketscan”a uyğun dəyişə bilər. Buna görə də yanacağın qiyməti ilə bağlı proqnoz vermək çətindir..».