Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyinə (İB) yeni baş direktor təyin olunub.
FED.az xəbər verir ki, “Azneft”in yaydığı məlumata görə, “Abşeronneft” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) rəisi Şahmar Hüseynov İstehsalat Birliyinin Baş direktoru təyin edilib.
Eləcə də bax: Azərbaycanın məşhur holdinqinə yeni rəhbər - TƏYİN OLUNUB
Bildirilib ki, Şahmar Hüseynov “Abşeronneft” NQÇİ-nin rəisi işlədiyi müddətdə kollektivdə yüksək təşkilatçılıq qabiliyyəti, peşəkarlığı, səmimiliyi ilə seçilib: “Məhz onun səyi nəticəsində neft-qaz hasilatı, eləcə də digər sahələr üzrə əldə olunan yüksək nəticələr, uğurlu göstəricilər ümumilikdə Birliyin işinə öz müsbət təsirini göstərib”.
Eləcə də bax: SOCAR-da yeni - TƏYİNAT
Marja