2019-cu ildə "Azəristiliktəchizat" ASC-nin istismarında 558 qazanxana olub.
FED.az xəbər verir ki, bu qazanxanaların hesabına 3 870 yaşayış binası, 288 məktəb, 157 uşaq bağçası, 163 səhiyyə və 1 880 digər sosial obyekt istiliklə təmin edilib.
Eləcə də bax: "Azəristiliktəchizat" "Azəriqaz"a olan - BORCU TAM ÖDƏDİ
2019-cu ildə qurum 12,618 milyon manat istilik haqqı toplayıb. Bu, göstərilmiş xidmətlərinin ümumi dəyərinin 74,2% deməkdir. O cümlədən büdcədən maliyyələşən təşkilatlar 90,2%, digər müəssisə və təşkilatlar 79,9%, əhali isə 54,7% ödəniş edib.
Hesabat dövründə "Azəristiliktəchizat"ın istehsalat xərcləri isə 67,112 milyon manat təşkil edib. Bu xərcin 83,8%-i Bakıdakı, 16,2%-i isə regionaı regional istilik təsərrüfatlarına çəkilib.
Report