"Azərişıq" ASC-nin mobil tətbiqi vasitəsilə elektrik enerjisi üzrə smart kartların balansını artırmaq mümkün olacaq.
FED.az xəbər verir ki, bunu enerji satışı departamentinin direktor müavini Vüqar Nəbibəyli deyib.
Onun sözlərinə görə, bu əməliyyatı smartfonlar üçün nəzərdə tutulan xüsusi kart oxuyucular vasitəsilə aparmaq mümkün olacaq: "Bu xidmətin cari ilin iyun ayınadək istifadəyə verilməsi nəzərdə tutulur".
Apa